Advert
Advert

Tramp: ABŞ İrana tam dəniz blokadası tətbiq edəcək

Tarix:
Tramp: ABŞ İrana tam dəniz blokadası tətbiq edəcək
Reklam

ABŞ lideri Donald Tramp İrana qarşı yenidən sərt açıqlamalar verib. Tramp bildirib ki, ABŞ İrana təzyiq göstərməyə davam edək.

Reyting.az-ın məlumatına görə, Tramp “Fox News”-a deyib ki, İranın geri qayıdıb ABŞ-a istədiyi hər şeyi verəcəyini proqnozlaşdırır. “Mən 90-95 faiz istəmirəm, hər şeyi istəyirəm!", - deyə Tramp əlavə edib.

O, həmçinin yeni hərbi texnologiyalardan da danışıb: "Bizdə dronları məhv etmək üçün yeni texnologiya var - kompüterləşdirilmiş güllələr. Lazerlərimiz də dronları əridə bilər ki, bu da olduqca möhtəşəmdir".

Prezident dənizdə İrana təzyiqi artırmaq planlarını da açıqlayıb: "Birləşmiş Ştatlar İrana qarşı tam dəniz blokadası tətbiq edəcək. Bu tədbirlər Venesuelaya qarşı görülən tədbirlərə bənzəsə də, daha geniş olacaq".

Onun sözlərinə görə, müttəfiqlər də əməliyyata qoşula bilərlər. Tramp qeyd edib ki, Böyük Britaniya və bir neçə başqa ölkə Hörmüz boğazındakı minaları təmizləmək üçün minaaxtaran gəmilər göndərəcək.

Tramp əlavə edib ki, NATO Hörmüz boğazı məsələsində kömək göstərməyə hazırdır.

Tramp həmçinin İranın neft gəlirlərini məhdudlaşdırmaq niyyətindədir: “İranın istədiyi şəxsə neft sataraq pul qazanmasına icazə verməyəcəyik".

V. Quliyev
 

Reklam