Advert
Advert

Tramp Bondini baş prokuror vəzifəsindən kənarlaşdırıb

Tarix:
Tramp Bondini baş prokuror vəzifəsindən kənarlaşdırıb
Reklam

ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.

Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Bondinin vəzifədən azad edilməsi onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib.

"Reuters"in məlumatına görə, Tramp deyiib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.

Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.

Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.
 

Reklam