Advert
Advert

Tramp Britaniya monarxiyasının sarayında yaşamaq istəyir

Tarix:
Tramp Britaniya monarxiyasının sarayında yaşamaq istəyir
Reklam

ABŞ Prezidenti Donald Tramp Britaniya monarxiyasının Londondakı iqamətgahı olan Bukinqem Sarayında yaşamağı arzulayır.

Reyting.az xəbər verir ki, D. Tramp bunu "Truth Social"-da yazıb.

"Daily Mail" qəzetinin  məlumatına görə, Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın uzaq qohumu ola bilər. Qəzet yazıb ki, Tramp və Britaniya kralı uzaq qohumlar - "on beşinci nəsil əmiuşaqlar" ola bilərlər, çünki onların ortaq əcdadı var: zadəgan və XV və XVI əsrlərin sonlarında yaşamış Şotlandiya kralı II Ceyms Con Stüartın nəticəsi. 

Məlumata görə, Trampın anası, şotland ailəsində on uşağın ən kiçiyi olan Meri Enn Makleod, İkinci Dünya müharibəsi başlamazdan əvvəl ABŞ-a mühacirət edib.

Tramp bütün bunlara cavabında yazıb: 

"Vay, çox gözəldir. Həmişə Bukinqem Sarayında yaşamağı arzulamışam!!! Bir neçə dəqiqədən sonra bu barədə Kral və Kraliça ilə danışacağam!!!".

V. Quliyev
 

Reklam