İki həftə ərzində İranla ABŞ arasında razılaşma əldə oluna bilər.
Reyting.az BBC-yə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə telekonfrans zamanı bildirib.
Tramp iddia edib ki, Amerika tərəfi bu döyüşdə qalib gəlir və o, yaxın gələcəkdə tam qələbəni elan etməyi planlaşdırır.
Tramp, həmçinin bəyan edib ki, İran, guya, ABŞ-ın tələb etdiyi hər şeydən, o cümlədən Vaşinqtonun əsas tələbindən - nüvə silahı hazırlamasından imtina etməyə hazırdır.
E. Kamal