Advert
Advert

Tramp İrana güzəştə getmək istəmir

Tarix:
Tramp İrana güzəştə getmək istəmir
Reklam

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh danışıqlarında güzəştə getməyə hazır olmadığını bildirib.

Reyting.az xəbər verir ki, Tramp bunu "New York Post" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Tehranın yeni cavabından sonra Vaşinqtonun mövqeyi dəyişməyib.

Uran zənginləşdirilməsinə mümkün 20 illik moratorium barədə suala Tramp belə cavab verib: "Hazırda heç nəyə açıq deyiləm".

Amerika lideri həmçinin Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə işarə etsə də, detalları açıqlamayıb.

E. Kamal
 

Reklam