Tezliklə Tehranın nüvə silahı əldə etməsinə mane olacaq razılaşma reallaşacaq.
Reyting.az xəbər verir ki, bu barədə “New York Post”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
O, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin tələbi ilə ABŞ-ın mayın 19-da İrana planlaşdırdığı zərbələri ləğv etdiyini açıqlayıb və bu barədə sosial şəbəkədə də yazıb:
“Biz sabah üçün planlaşdırılan İrana hücumu etməyəcəyik, eyni zamanda, onlara məqbul razılıq əldə olunmazsa, istənilən vaxt İrana genişmiqyaslı hücuma hazır olmaları barədə göstəriş vermişik”.
Tramp əlavə edib ki, tezliklə Tehranın nüvə silahı əldə etməsinə mane olacaq razılaşma imzalanacaq.
Bununla yanaşı, ABŞ Prezidenti iki ölkə arasında danışıqların dalana dirəndiyi bir vaxtda Tehranla razılığa gəlmək üçün hər hansı güzəştə getmək istəmədiyini bəyan edib. Tramp deyib ki, sülh sazişi ilə bağlı İran tərəfdən növbəti, guya məyusedici cavab aldıqdan sonra Tehrana hər hansı güzəştə getməyə “hazır deyil”.
E. Kamal