Advert
Advert

Tramp İrandakı əməliyyatlara görə məhkəməyə verilə bilər

Tarix:
Tramp İrandakı əməliyyatlara görə məhkəməyə verilə bilər
Reklam

ABŞ Prezidentinin qanunverici orqanın təsdiqi olmadan hərbi əməliyyatları davam etdirmək üçün 60 gün, yəni mayın 1-dək vaxtı var. Bu, 1973-cü ildə ABŞ-da qəbul olunmuş Müharibə Səlahiyyətləri Qətnaməsinə əsaslanır.

Reyting.az “Time” qəzetinə istinadla xəbər verir ki, Demokrat Partiyasından olan ABŞ qanunvericiləri Prezident Donald Trampın 1 maydan sonra Konqresin təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə ona qarşı mümkün məhkəmə iddiasını araşdırırlar.

Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən, Tramp martın 2-də Konqresi hərbi əməliyyatların başlaması barədə rəsmi olaraq məlumatlandırıb və bu, ona qanunverici orqanın təsdiqi olmadan fəaliyyət göstərmək üçün 60 gün (mayın 1-dək) vaxt verib.

Demokratlar hesab edirlər ki, yaxınlaşan son tarix qanunsuz hesab edilən müharibəyə etiraz etmək üçün ən yaxşı imkandır. Müzakirələr hələlik ilkin mərhələdədir. Əməliyyatlar mayın 1-dən sonra davam edəcəyi təqdirdə müzakirələr daha da genişlənə bilər.

Y. Qacar
 

Reklam