ABŞ lideri Donald Tramp Kubanın "uzun müddətdir ki, dəhşətli dərəcədə idarə olunan bir ölkə olduğunu" iddia edir.
Reyting.az-ın məlumatına görə, D. Tramp jurnalistlərə deyib ki, ABŞ İranla problemi həll etdikdən sonra Kubaya “səfər” edə bilər.
Tramp əlavə edib: "Biz [İranla] razılaşma əldə edəcəyik və bunu bitirdikdən sonra Kubaya baş çəkə bilərik".
Xatırladaq ki, mart ayının 5-də ABŞ lideri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı başa vurduqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətində olduğunu açıqlamışdı. Daha əvvəl o, dəfələrlə ABŞ-ın təzyiqi altında Venesueladan ada ölkəsinə neft tədarükünün dayandırılmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökmək üzrə olduğunu bildirmişdi. Fevralın 27-də Tramp ABŞ-ın "Kubanı dostcasına ələ keçirə" biləcəyini demişdi.
Martın 13-də Kuba prezidenti Migel Diaz-Kanel Havana və Vaşinqtonun "ikitərəfli fikir ayrılıqlarının dialoq yolu ilə həllini tapmağa yönəlmiş" danışıqlar apardıqlarını bildirmişdi.
E. Kamal