ABŞ Prezidenti Donald Tramp İranı Livandakı hərbi qüvvələrinin fəaliyyətini dərhal dayandırmağa çağırıb.
Reyting.az xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Tramp vurğulayıb ki, tələblər nəzərə alınmazsa, Vaşinqton həddindən artıq tədbirlər görməyə hazırdır.
Ağ Ev rəhbəri yazıb: "Əgər onlar bunu etməsələr, İrana yenidən çox sərt, ötən həftə etdiyimiz kimi, yalnız daha sərt zərbələr endirəcəyik".
Bəyanat Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və İsveçrədə ABŞ və İran rəsmiləri arasında ikitərəfli texniki məsləhətləşmələrin aparılmasına baxmayaraq, Hörmüz boğazında mümkün gəmiçilik məhdudiyyətləri barədə məlumatlar fonunda səslənib.
E. Kamal