ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran ABŞ ilə potensial razılaşmaya çatmaq üçün daha tez hərəkət etməlidir.
Reyting.az-ın məlumatına görə, Tramp sosial şəbəkə hesabında yazıb ki, vaxt tükənir və İran tez hərəkətə keçməlidir, əks halda onlardan heç nə qalmayacaq.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana hücum ediblər. Ərazisinə endirilən zərbələrə cavab olaraq İslam Respublikası Hörmüz boğazını bağlayıb. 7 apreldə ABŞ prezidenti İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan olunub.
E. Kamal