Advert
Advert

Tramp İranı məhv etməklə hədələyir

Tarix:
Tramp İranı məhv etməklə hədələyir
Reklam

ABŞ Prezidenti Donald Tramp Çinə yola düşməzdən əvvəl bəyan edib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

Reyting.az-ın “Reuters”-ə istinadla verdiyi məlumata görə, Tramp deyib ki, ya onlar sövdələşməyə gələcəklər, ya da Yer üzündən silinəcəklər.

Tramp qeyd edib ki, Pekinə səfəri zamanı Çin Prezidenti Si Cinpinlə İran məsələsini ətraflı müzakirə edəcək. “İran liderləri ya düzgün seçim edəcək, ya da biz işi bitirəcəyik. İranın nüvə silahı ola bilməz. Onlar bunu bacarmırlar. Onlar bunu bilirlər və etiraf ediblər. Lakin onların bizə təklifləri bununla uzlaşmır. Biz oyun oynamırıq”, - Ağ Ev rəhbəri əlavə edib.

Y. Qacar

Reklam