Advert
Advert

Tramp İranı nüvə siyasətinə görə yenidən hədələyir

Tarix:
Tramp İranı nüvə siyasətinə görə yenidən hədələyir
Reklam

ABŞ lideri Donald Tramp İranın nüvə proqramı ilə bağlı ziddiyyətli mövqeyinə diqqət çəkərək, Tehranın şəxsi və ictimai açıqlamaları arasındakı uyğunsuzluqlar barədə xəbərdarlıq edib.

Reyting.az xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.

Trampın sözlərinə görə, İran tərəfi qapalı görüşlərdə nüvə silahlarından imtina etməyə hazır olduğunu bildirsə də, açıq şəkildə uranın zənginləşdirilməsi hüququnda israr edir.

“Onlar birbaşa üzünüzə deyirlər ki, bütün nüvə silahlarından imtina ediblər, hər şey məhv edilib. Daha sonra isə mətbuata çıxaraq bildirirlər ki, “xeyr, biz uranı zənginləşdirmək istəyirik”. Bunu aydınlaşdıracağıq”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir neçə şəhərə hava zərbələri endiriblər. Həmin gün İranın Ali Lideri Əli Xamnəi hücumlar zamanı həlak olub. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ-İran danışıqlarının aprelin 11-də Pakistanda keçirilməsi planlaşdırılır.

E. Kamal
 

Reklam