Advert
Advert

Tramp: İranın dondurulmuş aktivləri ABŞ-dan ərzaq alınmasına yönəldiləcək

Tarix:
Tramp: İranın dondurulmuş aktivləri ABŞ-dan ərzaq alınmasına yönəldiləcək
Reklam

Vaşinqton və Tehran arasında İsveçrədə aparılan danışıqlardan sonra İranın dondurulmuş maliyyə aktivlərinin yalnız ABŞ-dan ərzaq məhsullarının alınması üçün istifadə edilməsinə icazə veriləcək.

Reyting.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Azad edilən vəsaitlər ərzaq alınmasına sərf olunacaq, həmin ərzaq isə yalnız ABŞ fermerlərindən əldə ediləcək”, - deyə Tramp vurğulayıb.

Prezident qeyd edib ki, vəsaitlər soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcək.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə bağlı əməliyyatlara müvəqqəti icazə verən ümumi lisenziya təqdim edib. Lisenziyaya əsasən, İran nefti və neft məhsullarının istehsalı, satışı, daşınması və boşaldılması üçün zəruri əməliyyatların həyata keçirilməsinə avqustun 21-dək icazə verilir. İcazə, həmçinin ABŞ sanksiyalarına məruz qalan gəmilərlə bağlı müəyyən əməliyyatları da əhatə edir.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandum imzalayıblar. Sənəddə tərəflərin müharibəni 60 gün ərzində başa çatdırmaq barədə razılığa gələcəyi qeyd olunub. Lakin iyunun 20-də İran İsrailin Livandakı əməliyyatlarını əsas gətirərək Hörmüz boğazının yenidən bağlandığını elan edib. Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp İranı sərt tədbirlərlə hədələyib.

E. Kamal
 

Reklam