ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın neft sənayesinə nəzarəti ələ keçirmək istəsə də, amerikalılar qoşunların evə qayıtmasını istəyirlər.
Reyting.az-ın məlumatına görə, Tramp bunu Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Əgər bu, məndən asılı olsaydı, nefti alardım. İran heç nə edə bilməzdi", - deyə Tramp əlavə edib: “Mən neftə nəzarət edərdim və bundan əhəmiyyətli qazanc götürərdim".
Amerikalıların əhval-ruhiyyəsi ilə bağlı prezident qeyd edib: "Onlar bizim qalib gəlib evə qayıtmağımızı istəyirlər".
V.Quliyev