Advert
Advert

Tramp İranla bağlı qətnaməni dəstəkləyən senatorları tənqid edib

Tarix:
Tramp İranla bağlı qətnaməni dəstəkləyən senatorları tənqid edib
Reklam

ABŞ Prezidenti Donald Tramp müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni "vaxtında verilməmiş və mənasız" adlandıraraq, onu dəstəkləyən senatorların Vaşinqtonun rəqiblərinə xidmət etdiyini bildirib.

Reyting.az xəbər verir ki, Tramp bu barədə çərşənbə günü "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri qeyd edib ki, müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni dəstəkləyən senatorlar onun fəaliyyətini çətinləşdirsələr də, bunun öhdəsindən gələcəyinə əmindir.

Trampın sözlərinə görə, Tehran artıq Vaşinqtona "demək olar ki, hər şeyi verməyə hazırdır" və uzun illərdən sonra ilk dəfə olaraq ABŞ-a və onun prezidentinə hörmət nümayiş etdirir.

O əlavə edib ki, ABŞ silahlı qüvvələrinin İrana qarşı hərbi əməliyyatlar aparmasının dayandırılmasına çağıran qətnamə üzrə səsvermə "vaxtsız və mənasız addım" olub.

Y. Qacar
 

Reklam