ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqlarda şəxsən iştirak edib.
Reyting.az-ın məlumatına görə, Amerika lideri bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"İranda xoşuma gəlməyən şey odur ki, onlar əvvəlcə mənimlə bu qədər hörmətlə danışırlar, sonra isə televiziyaya çıxıb “Biz prezidentlə danışmadıq”,- deyirlər. Amma mən sadəcə danışdım. Onlar oyun oynayırlar", - deyə Tramp əlavə edib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla atəşkəs barədə danışıqlar aparmağa çalışır və İran razılaşma əldə etmək istəyir.
E. Kamal