“ABŞ-ın NATO müttəfiqlərinə İrana qarşı hərbi əməliyyatda iştirak etmək təklifi Şimali Atlantika Alyansına Amerika hakimiyyəti tərəfindən edilən sınaqdan başqa bir şey deyildi”.
Reyting.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu ABC-yə müsahibəsində deyib.
"Mən bunu bir sınaq olaraq etdim. Mənə bu lazım deyil, elə deyilmi? Onlar [NATO] kağız pələngdir; onların gəmiləri yoxdur, heç nə yoxdur və [Rusiya prezidenti Vladimir] Putin onlardan qətiyyən qorxmur", - ABC jurnalisti Reyçel Skott Amerika liderinin sözlərini sitat gətirib.
E. Kamal