Advert
Advert

Tramp: İspaniya NATO-nun ən yaxşı üzvlərindən deyil

Tarix:
Tramp: İspaniya NATO-nun ən yaxşı üzvlərindən deyil
Reklam

İspaniya Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yaxşı üzvlərindən deyil.

Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada çıxışı zamanı deyib.

"Ah, ispanlar. Onlar NATO üzvüdürlər, amma NATO-nun ən yaxşı üzvlərindən deyillər", - deyə Tramp bildirib.

Prezident iddia edib ki, İspaniya müttəfiqlərinə lazımi dəstəyi göstərməkdən çəkinir. O, İspaniyanın bu mövqeyini tənqid edib.

Tramp, həmçinin Kuba, Quam, Filippin və Puerto Riko ilə bağlı da fikirlər səsləndirib. O, bu ərazilərlə bağlı müxtəlif iddialar irəli sürərək, onların gələcəkdə ABŞ-ın nəzarəti altında olacağını söyləyib.

Amerika lideri əlavə edib ki, Kuba guya uzun illərdən sonra ABŞ-a yaxınlaşmağa başlayıb və bu məsələni həll edəcəyinə söz verib.

E. Kamal
 

Reklam