Advert
Advert

Tramp İsrailə Livanda daha ehtiyatlı davranmağı tövsiyə edib

Tarix:
Tramp İsrailə Livanda daha ehtiyatlı davranmağı tövsiyə edib
Reklam

ABŞ Prezidenti Donald Tramp İsrailin Livanda daha hədəflənmiş və daha məhdud miqyaslı əməliyyatlar aparmağa qadir olduğunu bildirib.

Reyting.az xəbər verir ki, o, bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra təşkil olunan mətbuat konfransında danışıb.

“Livan məsələsi ilə bağlı İsraillə kiçik fikir ayrılığımız var. Mən deyirəm ki, “Bir az daha mülayim ola bilərsən, Bibi”. “Hizbullah”dan bir nəfər haradasa görünəndə bütün bir binanı dağıtmağa ehtiyac yoxdur”, - deyə ABŞ lideri qeyd edib.

Tramp həmçinin bildirib ki, Suriya Prezidenti Əhməd əl-Şaraa “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparmağa hazırdır. Onun sözlərinə görə, Suriya lideri bu məsələdə qətiyyətli davranacaq, çünki “Hizbullah”ı düşmən qüvvə hesab edir.

ABŞ Prezidenti etiraf edib ki, belə bir ssenari Livan üçün arzuolunan olmaya bilər. O, Livan rəhbərliyinin yaxın həftələrdə ABŞ-a səfər etməsinin planlaşdırıldığını da açıqlayıb.

“Xalqın bunu istəyib-istəmədiyinə əmin deyiləm. Ola bilsin ki, Livan bunu istəmir. Biz müəyyən mənada Livanın mövqeyini də nəzərə almalıyıq. Yeri gəlmişkən, onların prezidenti gəlir. Baş nazir və ya prezident. O, yaxın vaxtlarda - növbəti bir-iki həftə ərzində bizi ziyarət edəcək”, - deyə Tramp bildirib.

E. Kamal
 

Reklam