Kanadanın texniki tənəzzüldə olduğu barədə xəbərlər fonunda ABŞ Prezidenti Donald Tramp yenidən bu ölkəni ABŞ-ın 51-ci ştatına çevirmək ideyasını gündəmə gətirib.
Reyting.az xəbər verir ki, bu barədə D. Tramp “TruthSocial” şəbəkəsində paylaşım edib.
Amerika lideri “TruthSocial” sosial şəbəkəsində ölkənin 2020-ci il pandemiyasından sonra ilk real ÜDM azalması ilə bağlı “Bloomberg” məqaləsinə istinad edərək, Kanadaya “əlli birinci ştat” yazıb.
Qeyd edək ki, ABŞ lideri 51-ci ştat roluna dəfələrlə Qrenlandiya və Venesuelanın namizədliyini də irəli sürüb.
V. Quliyev