ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə kriptovalyuta ilə bağlı əməliyyatlardan 1 milyard dollardan çox gəlir əldə etdiyi bildirilir.
Reyting.az xəbər verir ki, bundan əlavə, o, öz adını daşıyan Müqəddəs Kitabların, saatların, idman ayaqqabılarının, ətirlərin və digər məhsulların satışından da bir neçə milyon dollar qazanıb.
ABŞ Hökumət Etikası Ofisinin internet saytında dərc olunan 927 səhifəlik maliyyə hesabatına əsasən, oğullarının rəhbər vəzifələr tutduğu “World Liberty Financial” şirkəti vasitəsilə həyata keçirilən kriptovalyuta satışlarından təxminən 500 milyon dollar gəlir əldə edib.
Sənəddə həmçinin qeyd olunur ki, Tramp öz adını daşıyan “$TRUMP” rəqəmsal valyutasının satışından təxminən 600 milyon dollar məbləğində royalti qazanıb. Bu aktivin bazar dəyərinin müəyyən hissəsi Donald Trampa göstərilən ictimai və siyasi dəstəyin səviyyəsindən asılıdır.
Bundan başqa, ABŞ lideri öz brendi altında satışa çıxarılan Müqəddəs Kitabların, saatların, idman ayaqqabılarının, ətirlərin və digər məhsulların satışından da milyonlarla dollar gəlir əldə edib.
Xatırladaq ki, “Reuters” agentliyi iyun ayında dərc etdiyi hesablamada Tramp ailəsinin Donald Trampın ABŞ Prezidenti kimi ikinci prezidentlik müddətinin başlanğıcından bəri kriptovalyuta ilə əlaqəli müxtəlif layihələrdən ümumilikdə ən azı 2,3 milyard dollar gəlir əldə etdiyini təxmin etmişdi.
V. Quliyev