Almaniya kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasını məqbul hesab edir.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
Tramp qeyd edib: "O (Merz - red.) nədən danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən hazırda İranla bağlı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu bir şey edirəm".
Tramp Almaniya kanslerinin mövqeyini kəskin tənqid edərək onun idarəçiliyinin səmərəliliyini şübhə altına alıb və bunun nəticəsi olaraq Almaniya iqtisadiyyatının pisləşdiyini yazıb:
"Almaniyanın həm iqtisadi, həm də digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!".
Xatırladaq ki, Merz əvvəllər ABŞ-ın sülhə nail olmaq üçün etibarlı bir strategiyası olmadığı üçün İrandakı müharibənin tez bir zamanda bitəcəyinə şübhə ilə yanaşdığını bildirmişdi. Kansler demişdi ki, hazırda amerikalıların hansı strateji variantı seçəcəyini başa düşmür, xüsusən də iranlıların danışıqlar aparmaqda çox bacarıqlı olduqlarını və ya daha doğrusu, danışıqlar aparmamaqda çox bacarıqlı olduqlarını nəzərə alsaq.
Onun sözlərinə görə, ABŞ-ın, xüsusən də Avropa İttifaqı ilə məsləhətləşmədən İrana qarşı müharibəyə başlamaq qərarı düşünülməmiş idi və o, bunu dəfələrlə Trampa bildirib.
V. Quliyev