ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyat direktoru vəzifəsinə Qiymətli Kağızlar və Birja Komissiyasının keçmiş sədri Cey Kleytonun namizədliyini irəli sürüb.
Reyting.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə sosial media hesabında məlumat verib.
Tramp yazıb: “Qiymətli Kağızlar və Birja Komissiyasının keçmiş sədri, dünyanın ən görkəmli və uğurlu hüquq firmalarından biri olan “Sullivan & Cromwell”-in keçmiş rəhbəri və Nyu-Yorkun Cənub Dairəsi üzrə hazırkı ABŞ prokuroru, çox hörmətli Cey Kleytonun Milli Kəşfiyyatın növbəti direktoru vəzifəsinə namizədliyini elan etməkdən məmnunam”.
E. Kamal