“NATO bizə lazım olanda orada deyildi və bir daha lazım olsa, yenə olmayacaq. Qrenlandiyanı, o böyük, pis idarə olunan buz parçasını xatırlayın”.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial seqmenti “TruthSocial”-da yazıb.
ABŞ lideri Şimali Atlantika İttifaqının baş katibi Mark Rutte ilə görüşündə NATO-dan məyus olduğunu gizlətməyib.
Xatırladaq ki, Tramp bundan əvvəl ABŞ-ın İrana qarşı əməliyyatında alyansın Vaşinqtona yardımdan imtina etməsindən sonra NATO-dan çıxmağı düşündüyünü bildirmişdi.
“ABŞ-ın NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur”,- deyən Trampın fikrincə, bu ölkələrin yardımını təmin etməmək üçün əllərindən gələni edirlər.
Mark Rutte də etiraf edib ki, bəzi alyans ölkələri İranda “ABŞ sınağından çıxa bilməyib”.
Y. Qacar