Advert
Advert

Tramp NATO sammiti üçün Ankaraya gələcək

Tarix:
Tramp NATO sammiti üçün Ankaraya gələcək
Reklam

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçiriləcək sammitində iştirak edəcək.

Reyting.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresdə çıxışı zamanı bildirib.

Rubio qeyd edib ki, qarşıdan gələn sammit alyansın tarixində ən mühüm görüşlərdən biri ola bilər. Onun sözlərinə görə, bir sıra məsələlərin aydınlaşdırılması və həll olunması zəruridir.

Dövlət katibi bildirib ki, ABŞ NATO-da qalmağa davam etsə də, alyansın ciddi dəyişikliklərə ehtiyacı var.

“Amerika Birləşmiş Ştatları NATO-da qalır və biz bundan sonra da orada olacağıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, NATO-nun Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammiti 7-8 iyul tarixlərinə planlaşdırılıb.

Y. Qacar
 

Reklam