Pakistan İranla danışıqlarda vasitəçilik səylərini davam etdirir.
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, Ağ Evdə jurnalistlərə Pakistan nümayəndələrinə istinadla deyib:
"Onlar İrana yaxındırlar. Onlar işləyir və hələ də onların (İranın) düzgün olanı etmələri üçün çalışmaq üzərində işləyirlər. Amma biz mənalı bir razılaşma istəyirik".
Pakistan əvvəllər bu ölkənin İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu və danışıqlar üçün platforma ola biləcəyini bəyan etmişdi.
E. Kamal