ABŞ prezidenti Donald Tramp sosial mediadakı “TruthSocial” hesabında Papa XIV Leonu sərt şəkildə tənqid atəşinə tutub. Ağ Evin sahibi onun siyasətinə qarşı çıxan pontifikin ona lazım olmadığını bəyan edib.
Reyting.az xarici KİV-ə istinadən məlumat verir ki, narazılıq Papanın ABŞ-ın İrana qarşı hərəkətləri ilə bağlı verdiyi şərhlərdən qaynaqlanır. Tramp bunu qəbuledilməz adlandırıb, həmçinin hökmranlıq etmək istəyinin Məsihin yolu ilə uyğun gəlmədiyini söyləyib.
Tramp bəyan edib ki, İranın nüvə silahını normal hesab edən, Venesuelaya hücumları pisləyən, ABŞ prezidentini tənqid edən bir Papanı istəmir: “Əgər mən Ağ Evdə olmasaydım, Papa Leo da Vatikanda olmayacaqdı”.
ABŞ lideri pontifiki sol radikallara əl atmağı dayandırmağa çağırıb.
E. Kamal