ABŞ Prezidenti Böyük Britaniya kralı III Çarlzın çiyninə toxunub.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.
Məqalədə vurğulanır ki, protokola əsasən, kral cütlüyü ilə heç bir fiziki təmasa icazə verilmir. Bu mühüm qaydaya baxmayaraq, Tramp Vaşinqtonda III Çarlzla görüş zamanı Britaniya monarxının çiyninə “incə toxunub”.
Qəzetin yazdığına görə, Tramp bununla III Çarlza xüsusi rəğbətini nümayiş etdirmək niyyətində olub.
“Reuters” xəbər verir ki, III Çarlzın ABŞ-a səfərinə hazırlıq zamanı səhvən Vaşinqtonda Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları dalğalanıb.
V. Quliyev