Advert
Advert

“Tramp sizi öldürəcək" - Senator İran liderlərini xəbərdar edib

Reyting.az-ın məlumatına görə, Qrem “Fox News”-da bildirib ki, Tehran ölkədəki etirazları qəddarcasına yatırmağa davam edərsə, ABŞ prezidenti Donald Tramp İslam Respublikasının ən yüksək dini liderlərini fiziki olaraq aradan götürməyə hazırdır.

Tarix:
“Tramp sizi öldürəcək
Reklam

ABŞ senatoru Lindsi Qrem İran rəhbərliyinə sərt xəbərdarlıq edib.

"Ayətullahlar, başa düşməlisiniz: daha yaxşı həyat istəyən xalqınızın məhvinə davam etsəniz, Donald Tramp sizi öldürəcək", - deyə senator İran hakimiyyətini xəbərdar edib.

Onun sözlərinə görə, İrana dəyişiklik gəlir. Bu, Yaxın Şərq tarixində ən əhəmiyyətli dəyişiklik olacaq.

Sərt xarici siyasət mövqeyi ilə tanınan parlament üzvü qeyd edib ki, İran xalqını dəstəkləmək üçün Amerika yardımı artıq göndərilib.

E. KAMAL

Reklam