ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmerin istefa verəcəyinə əminliyini bildirib.
Reyting.az-ın məlumatına görə, D. Tramp bu barədə “Truth Social” platformasında yazıb.
Tramp qeyd edib: "Keir Starmer Birləşmiş Krallığın Baş naziri vəzifəsindən istefa verəcək. O, immiqrasiya və enerji (açıq Şimal dənizi nefti!) məsələsində çox pis uğursuzluğa düçar oldu. Ona uğurlar arzulayıram!".
Tramp dəfələrlə bildirib ki, Britaniya hakimiyyəti Şimal dənizində neft çıxarmalıdır.
V. Quliyev