Advert
Advert

Tramp süni intellektlə bağlı fərmanı imzalamaqdan imtina edib

Tarix:
Tramp süni intellektlə bağlı fərmanı imzalamaqdan imtina edib
Reklam

Prezident Donald Tramp ABŞ sənaye liderlərinin əsas texnologiyanın inkişafına potensial mənfi təsiri barədə xəbərdarlıqlarından sonra süni intellekt (Sİ) ilə bağlı çoxdan gözlənilən icra fərmanını imzalamaqdan imtina edib. 

Reyting.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” (WP) məlumat yayıb.

Məlumata görə, “SpaceX”-in rəhbəri İlon Mask və “Meta Corporation”un baş direktoru Mark Zukerberq də daxil olmaqla, texnologiya sənayesi liderləri ABŞ Prezidentinə “administrasiyanın təklif etdiyi yeni təhlükəsizlik baxış sistemi ABŞ iqtisadiyyatının mərkəzində bir texnologiyanın inkişafına mane ola bilər”,- xəbərdarlığını ediblər.

Qəzet yazır ki, Ağ Evin aparıcı texnologiya şirkətlərinin rəhbərlərinə cümə axşamı günortadan sonra keçirilməsi planlaşdırılan imza mərasimi üçün dəvətnamələr göndərsə də, Tramp sonradan sənədi imzalamaqdan imtina edib.

Tədbirdən bir neçə saat əvvəl, bəzi nümayəndələr artıq imza mərasimi üçün Vaşinqtona gəlsələr də, Tramp Oval Ofisdəki jurnalistlərə onu ləğv etdiyini bildirib. O, bu qərarını icra sənədini hazırkı formada “bəyənməməsi” ilə izah edib. 

Prezidentin sözlərinə görə, bu, Amerika iqtisadiyyatına fayda verən süni intellektin inkişafına “mane ola bilər”.

V. Quliyev
 

Reklam