ABŞ lideri Donald Tramp və Braziliya Prezidenti Luis İnasio Lula da Silva arasında Ağ Evdə qapalı görüş keçirilib.
Reyting.az İspaniyanın “ABC” qəzetinə istinadla bildirir ki, Ağ Ev tərəfindən açıqlanan cədvələ əsasən, səfər və danışıqlar, adətən bu səviyyədə ikitərəfli görüşlərdə olduğu kimi, əvvəlcə mətbuat nümayəndələrinin iştirakını əhatə edirdi.
Qeyd olunur ki, açıq görüş olması nəzərdə tutulan görüş Lulanın [da Silvanın] xahişi ilə qapalı görüşə çevrilib.
Ağ Evin mətbuat xidməti daha əvvəl Braziliya liderinin kortejinin Trampın iqamətgahına Vaşinqton vaxtı ilə saat 11:21-də çatdığını bildirmişdi. ABŞ Prezidenti qonağı şəxsən Cənubi Çəmənlikdə qarşılayıb, bundan sonra liderlər əl sıxıb və danışıqlara başlamaq üçün Oval Ofisə gediblər.
E. Kamal