ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, ABŞ Prezidentin iş qrafikinə əsasən, danışıqlar yerli vaxtla saat 15:30-da Ağ Evin Oval Ofisində başlayacaq.
Görüş mətbuata qapalı olacaq, baxmayaraq ki, ABŞ administrasiyası əvvəllər dəfələrlə jurnalistləri Trampla NATO-nun baş katibi arasında görüşlərin açıq hissələrinə dəvət etmişdi.
Qeyd edək ki, NATO-nun baş katibi alyansın iyul ayında Ankarada keçiriləcək sammitindən əvvəl “transatlantik gərginliyi” azaltmaq üçün ABŞ-a səfər edib.
Ağ Evlə danışıqlardan əlavə, Ruttenin Vaşinqtonda ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə görüşməsi və E5 sammitində (Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniya) uzaqdan iştirak etməsi də planlaşdırılır.
E. Kamal