ABŞ Prezidenti Donald Tramp vitse-prezident Devid Cems Vensə onunla bir şey baş verəcəyi təqdirdə məktub qoyub.
Reyting.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Nəşr yazır ki, bu məlumatı “Pod Force One” podkasti zamanı prezidentin köməkçisinin müavini Sebastyan Qorka açıqlayıb.
Ağ Evin sözçüsü qeyd edib ki, prezidentə sui-qəsd cəhdi halında müəyyən edilmiş “varislik qaydaları” mövcuddur. Lakin o, hər hansı “xarici düşmənin” belə bir sui-qəsd cəhdinə əl atacağından narahat deyil: “Resolute” masasının siyirməsində ABŞ liderinin başına bir iş gələrsə, vitse-prezidentə ünvanlanmış məktub var. Bu barədə protokollarımız da var, inanın...”.
Y. Qacar