Advert
Advert

Tramp: Yaxın Şərqdə hərbi əməliyyatları yekunlaşdırmağı düşünürük

Tarix:
Tramp: Yaxın Şərqdə hərbi əməliyyatları yekunlaşdırmağı düşünürük
Reklam

Birləşmiş Ştatların Prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi səyləri azaltmaq barədə düşündüyünü deyib.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Tramp özünün “Truth Social” sosial media platformasında bunları yazıb: “Biz hədəflərimizə çatmağa çox yaxınıq, eyni zamanda, Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatları azaltmağı düşünürük”.

Dünən axşam İranın “Nour News” xəbər agentliyinə istinadən yayılan xəbərlərə görə, paytaxt Tehranın bir neçə rayonu, həmçinin Kərəc və İsfahan şəhərləri hava hücumlarına məruz qalıb.

E. KAMAL

Reklam