Advert
Advert

Trampın ardınca Putin də Pekinə gedir

Tarix:
Trampın ardınca Putin də Pekinə gedir
Reklam

Çin Rusiya Prezidenti Vladimir Putinin Pekinə planlaşdırılan səfərini rəsmi şəkildə təsdiqləyib və danışıqların əsas mövzularını açıqlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakuna istinadən məlumat yayıb. Lakin Xarici İşlər Nazirliyinin açıqlamasında Ukraynadakı müharibə ilə bağlı birbaşa məlumat verilməyib.

Qeyd olunub ki, Rusiya liderinin bu səfəri Putinin Çinə 25-ci səfəri olacaq. Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, müxtəlif sahələr üzrə əməkdaşlığı, həmçinin Moskva və Pekin üçün “ortaq maraq doğuran” beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Bununla belə, Çin tərəfi Kremlin gözləntilərinə və danışıqlara beynəlxalq marağın artmasına baxmayaraq, Ukraynadakı müharibə məsələsinin ayrıca müzakirə olunub-olunmayacağını dəqiqləşdirməyib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Trampın Pekinə səfərindən sonra Vladimir Putinin Çin səfərinə Moskva xüsusi əhəmiyyət verir. Kremlin sözçüsü Dmitri Peskov Rusiya-Çin münasibətlərini “xüsusilə imtiyazlı və strateji tərəfdaşlıq” kimi dəyərləndirib və Rusiya tərəfinin səfərlə bağlı “çox ciddi gözləntiləri” olduğunu vurğulayıb.

Peskov bildirib ki, Rusiya nümayəndə heyətinə nazirlər, baş nazirin müavinləri və iri şirkət rəhbərləri daxil olacaq. O, həmçinin qeyd edib ki, tərəflər Rusiyanın Arktika yataqlarını Monqolustan vasitəsilə Çinlə birləşdirməsi planlaşdırılan “Sibir Gücü-2” qaz kəməri də daxil olmaqla bir sıra iqtisadi layihələri müzakirə edə bilərlər.

E. Kamal
 

Reklam