Advert
Advert

Trampın impiçmenti müzakirə olunur

Tarix:
Trampın impiçmenti müzakirə olunur
Reklam

ABŞ Konqresinin demokrat üzvləri İrana qarşı müharibə fonunda prezident Donald Trumpa qarşı impiçment təşəbbüsünü müzakirə edirlər.

Reyting.az-ın məlumatına görə, “Axios” nəşri mənbələrə istinadla bildirir ki, demokratlar bu məsələ ilə bağlı səsvermənin keçirilməsini və ya ABŞ Konstitusiyasına 25-ci düzəlişin tətbiqini tələb edən məktubun Nazirlər Kabinetinə ünvanlanmasını nəzərdən keçirirlər.

Mənbələrin sözlərinə görə, müzakirələr hələ rəhbərlik səviyyəsinə çatmayıb.

Konqresin bir sıra üzvləri isə artıq ictimai bəyanatlarla Trampın istefasını tələb ediblər. Nümayəndələr Palatasının üzvü İlhan Omar (Minnesota ştatından demokrat) sosial şəbəkədə yazıb: 

“İmpiçment. Bu dəli vəzifədən uzaqlaşdırılmalıdır”.

Digər nümayəndə Yassamin Ansari (Arizona ştatından demokrat) isə qeyd edib ki, “25-ci düzəliş bir səbəbdən mövcuddur” və ABŞ qoşunlarının, İran xalqının və qlobal sistemin təhlükə altında olduğunu vurğulayaraq bu mexanizmin tətbiqinə çağırıb.

Məqalədə bildirilir ki, vəziyyət Trampın “Truth Social” platformasında İranı “bütün bir sivilizasiyanın bu gecə məhv olacağı və bir daha bərpa olunmayacağı” ilə hədələməsindən sonra daha da gərginləşib.

Qeyd olunur ki, demokratların planlarının reallaşması Konqresdə çoxluğa sahib respublikaçıların ciddi dəstəyi olmadan mümkün görünmür.

Y. Qacar
 

Reklam