ABŞ Maliyyə Nazirliyi ölkə tarixində ilk dəfə olaraq yeni çap ediləcək dollar əskinaslarında prezidentin imzasının yerləşdiriləcəyini açıqlayıb.
Reyting.az-ın “The Associated Press” nəşrinə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın imzası ənənəyə zidd olaraq ilk dəfə pul əskinaslarında yer alacaq.
Qeyd edək ki, indiyədək ABŞ dollarlarında yalnız maliyyə naziri və baş xəzinədarın imzaları olurdu. Yeni dizaynda isə Donald Trampın imzası ilə yanaşı, maliyyə naziri Skott Bessentin imzası da əks olunacaq.
Bu qərarın məhz bu il qüvvəyə minməsi təsadüfi deyil. 2026-cı ildə ABŞ-nın 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bu münasibətlə ölkə tarixində ilk dəfə prezidentin imzası olan dollar əskinasları tədavülə buraxılacaq.
Oqtay Qorçu