Advert
Advert

Trampın oğullarının adı Qazaxıstanla bağlı qalmaqalda hallanır

Tarix:
Trampın oğullarının adı Qazaxıstanla bağlı qalmaqalda hallanır
Reklam

ABŞ Qazaxıstanla bu ölkədə yerləşən iri volfram yataqlarının işlənməsi ilə bağlı böyük saziş imzalayıb.

Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampın oğulları Donald Tramp Jr. və Erik Tramp layihənin operatoru olacaq şirkətə investisiya qoyublar.

Nəşrin iddiasına görə, yeni layihəyə ABŞ-ın federal büdcəsindən 1,6 milyard dollar vəsait ayrılıb. Bu isə amerikalı investorlarla yanaşı, Donald Trampın oğullarına da hasilat başlamazdan əvvəl əhəmiyyətli gəlir əldə etmək imkanı yarada bilər.

Qeyd olunur ki, aparılan araşdırmalar zamanı ABŞ-ın ticarət naziri Hovard Lütnikin ailəsinin də investisiya sxemində iştirak etdiyi üzə çıxıb.

Lakin demokratların iddialarına baxmayaraq, Ağ Ev və ABŞ Ticarət Nazirliyi dövlət qərarlarının, eləcə də Qazaxıstanla ABŞ arasında imzalanmış sazişin Tramp ailəsinin biznes maraqları ilə əlaqələndirilməsi barədə iddiaları qətiyyətlə rədd edib.

Oqtay Qorçu
 

Reklam