ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatı Almaniya iqtisadiyyatına ciddi ziyan vurub.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məqalə dərc edib.
Qəzetin yazdığına görə, Yaxın Şərqdəki münaqişə yanacaq qiymətlərinin artmasına səbəb olub və bu, Almaniya iqtisadiyyatının bərpası sürətini ləngidib.
“Məhz Amerika liderinin qərarlarının səbəb olduğu qlobal enerji böhranı Almaniyanın iqtisadi sistemində canlanma ümidlərini puç etdi. Müharibə Almaniyada iqtisadi bərpanın kövrək başlanğıclarını boğur. Nəticədə, 2027-ci ilə Almaniyanın ilkin olaraq gözlənilən iqtisadi bərpasından çox az şey qalacaq”, - nəşr yazıb.
V. Quliyev