Advert
Advert

Trampın qərarı Putinə siqnal kimi qiymətləndirilir

Tarix:
Trampın qərarı Putinə siqnal kimi qiymətləndirilir
Reklam

Alman politoloq Karlo Masala Vaşinqtonun Almaniyaya uzaqmənzilli silah sistemləri ilə təchiz edilmiş batalyon yerləşdirmək planlarına yenidən baxmaq qərarını şərh edib. 

Reyting.az xəbər verir ki, K. Masala bu barədə “Financial Times” qəzetinə şərhində danışıb. 

Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın bu addımı Rusiya rəhbərliyinə birbaşa və birmənalı siqnaldır: “Bununla da Birləşmiş Ştatlar Avropa təhlükəsizliyinin əsas qarantı kimi tarixi rolundan uzaqlaşdığını nümayiş etdirir”.

Masala onu da vurğulayıb ki, bu tendensiyanın özü yeni deyil, lakin ilk dəfədir ki, müdafiə planlaşdırmasına baxılması şəklində bu qədər konkret şəkildə həyata keçirilir.

E. Kamal
 

Reklam