NATO rəsmiləri ABŞ Prezidenti Donald Trampla münasibətlərdəki çətinliklərin alyansın Ankara sammitini kölgədə qoyacağından qorxurlar.
Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Eyni zamanda, NATO nümayəndələri ümid edirlər ki, sammit onlara "ABŞ ilə birlik və Ukraynaya dəstək nümayiş etdirməyə" imkan verəcək.
Qeyd edək ki, Ankara görüşü 7-8 iyul tarixlərində keçiriləcək. Daha əvvəl Avropanın "Politico" nəşri xəbər vermişdi ki, NATO-nun Ankara sammitinin təşkilatçıları Trampın görüş zamanı darıxmaması üçün yalnız üç saatlıq bir sessiya keçirməyi planlaşdırırlar.
E. Kamal