Advert
Advert

Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Tarix:
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Reklam

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Reyting.az xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır.

Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.

Reklam