Advert
Advert

Türkiyədə sərnişin təyyarəsi yerüstü radar dirəyinə çırpılıb

Tarix:
Türkiyədə sərnişin təyyarəsi yerüstü radar dirəyinə çırpılıb
Reklam

Türkiyənin Antalya hava limanında Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi eniş etdikdən sonra qanadı ilə radar antenasına çırpılıb.

Reyting.az xəbər verir ki, aviaşirkətin açıqlamasına görə, hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Türk Hava Yollarından bildiriblər ki, İstanbuldan gələn təyyarə artıq uçuş-enmə zolağına enib və darvazaya doğru hərəkət edirdi. Bu zaman təyyarənin sağ qanadı radar antenasına çırpılıb.

Təyyarədə olan 267 sərnişin tez və təhlükəsiz şəkildə təxliyə edilib. Yalnız bir nəfər yüngül xəsarət alıb; onun vəziyyəti hazırda stabildir və sağlamlıq üçün heç bir təhlükə yoxdur.

Aviaşirkət nümayəndələri hadisədən dərhal sonra təyyarənin texniki yoxlamasına başlayıb. Hadisənin səbəbi araşdırılır.

V. Quliyev
 

Reklam