Advert
Advert

Türkiyə Kubaya kömək üçün üzən stansiya göndərib

Tarix:
Türkiyə Kubaya kömək üçün üzən stansiya göndərib
Reklam

Sosialist Kubası Türkiyənin "Belgin Sultan" adlanan üzən elektrik stansiyası sayəsində stabil elektrik enerjisi ilə təmin olunacaq. Bu stansiya Türkiyənin "Karpowership" şirkətindən icarəyə götürülüb. 

Reyting.az xəbər verir ki, üzən elektrik stansiyası artıq Kubanın paytaxt şəhəri Havanadakı limana yan alıb. Yeni stansiya Kuba ərazisində köhnəlmiş enerji infrastrukturunda yaranmış problemlərin həllinə kömək edəcək.

"Karpowership" dünyada enerji gəmilərinin olduğu donanmaya sahib yeganə şirkətdir və müxtəlif ölkələrdə fəaliyyət göstərir. Bu stansiyalar mayeləşdirilmiş qazla, eləcə də təbii qaz və maye yanacaqla işləyə bilir.

Qeyd edək ki, Türkiyə tərəfindən Kubaya edilən bu jest Avropa ölkələri, xüsusilə ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Dəfələrlə Kubanı hədələyən ABŞ prezidenti Donald Tramp yanvar ayının 29-da Kubaya neft tədarük edən ölkələrə qarşı rüsumlar tətbiq edən sərəncam imzalayıb.

Oqtay QORÇU
 

Reklam