Advert
Advert

Türkiyə xaos yaradanlara qarşı mübarizə aparacaq

Tarix:
Türkiyə xaos yaradanlara qarşı mübarizə aparacaq
Reklam

“Türkiyə Qəzza və Livanda qadınları, uşaqları və qocaları qətlə yetirən soyqırım baiskarlarına qarşı ümumbəşəri dəyərləri müdafiə etməyə davam edəcək”.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EFES 2026” çoxmillətli hərbi təlimlərdə çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib ki, “Türkiyə ordusu öz ölkəsinin təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, regional və beynəlxalq sülhün, əmin-amanlığın və sabitliyin də əsas təminatçısıdır”.

Ərdoğan bildirib ki, Türkiyə sülh və sabitliyi müharibə və xaosa çevirənlərə qarşı mübarizəsini davam etdirəcək. 

Prezident əlavə edib ki, Ankara müdafiə sənayesində “qarşılıqlı fayda və hörmət əsasında” yeni tərəfdaşlıqlar qurmağa sadiqdir.

Y. Qacar

Reklam