Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.
Reyting.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində iki nəfər yaralanıb.
Bildirilir ki, yaralanan Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.
Türkiyə XİN-nin bəyanatında qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsində gərginliyin artması Qara dənizdə regional təhlükəsizliyi zədələyib və ölkənin maraqları üçün təhdid yaradır.
Nazirlik bölgədə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bəyan edir və bütün tərəfləri gərginliyi azaltmağa çağırır.