DÇ-2026-nın “pley-off” finalında Türkiyə komandası Priştinada Kosovonu 1:0 hesabı ilə məğlub edib.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, futbol üzrə Türkiyə milli komandası 24 ildən sonra dünya çempionatının final mərhələsində çıxış edəcək.
Avropa zonası üzrə pley-off finalında italyan məşqçi Vinçenzo Montellanın komandası səfərdə Kosovo yığmasına 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu oyunun 53-cü dəqiqəsində Kərəm Aktürkoğlu vurub.
Dünya çempionatında Türkiyə ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə: ABŞ, Kanada və Meksikada keçiriləcək.
V. Quliyev