İyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb.
Reyting.az xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.