İraq və Pakistan Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qazın (LNG) nəqli ilə bağlı İranla razılığa gəliblər.
Reyting.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla "Reuters" yazıb.
Qeyd olunur ki, bu, Tehranın Hörmüz boğazından keçən enerji axınlarını idarə etmək qabiliyyətini nümayiş etdirir. Dünyanın xam neft və mayeləşdirilmiş təbii qaz təchizatının 20 faizini təmin edən bu su yolunun blokadası enerji ixracını kəskin şəkildə azaldıb.
Oksford Enerji Tədqiqatları İnstitutunun eksperti Klaudio Ştuer bildirib ki, İran Hörmüz boğazını bağlamaqdan ona girişi nəzarət altına almağa keçib. Hörmüz boğazı artıq neytral tranzit yolu deyil; o, nəzarət edilən dəhlizdir.
E. Kamal